M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Nusret Kesemenli

Aşağa gitmek 
MüəllifIsmarıc
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Nusret Kesemenli Empty
Yeni mövzuMövzu: Nusret Kesemenli   Nusret Kesemenli I_icon_minitimeŞ. 02 Okt. 2010, 12:14

Mənə qadan alım demə, əzizim,
Mən sənin başına dönə bilərəm.
Sənsiz qəm alovlu yanan ocağam,
Ağlama, yağışdan sönə bilərəm.

Mən Günəş gözləyən puçuram hələ,
Özüm öz dərdimdən qaçıram hələ.
Ulduzdan ulduza uçuram hələ,
Çağırsan torpağa enə bilərəm.

Qıfıl axtarıram mən açar kimi,
Imdad gözləyirəm bir naçar kimi.
Hələ ki, susuram günahkar kimi,
Bir gün üsyan edib dinə bilərəm.

Deyəsən Tanrıya yetişdi duam,
Hələ ki, cavabsız qalıbdı sual,
Küsmüsən, beləcə küsülü də qal,
Barışsan, sevincdən ölə bilərəm.
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Nusret Kesemenli Empty
Yeni mövzuMövzu: Geri: Nusret Kesemenli   Nusret Kesemenli I_icon_minitimeŞ. 02 Okt. 2010, 12:17

Dəli bir ağlamaq keçir könlümdən...

Yüyürüb-yüyürüb dərə boyunca
Düşüm çəmən ustə qoy üzü quylu
Öpüm bu torpağı, öpüm doyunca
Üzümə üz qoysun hər soyuq daşı
Qoy şehə qarışsın gözümün yaşı
Qurumuş bulaqlar içir könlümdən
Dəli bir ağlamaq keçir könlümdən...

Könlünə dəydigim, incitdigim qız
Vuqar kölgəsində yatdığım bəsdir
Odlu yanağından su içdigim qız
Bu qədər günaha batdığım bəsdir
Daha dodaqların titrəməsin qoy
Mən sənin qarşında titrəyim, əsim
Səndən dünyaları istəmirəm yox
Məni bağışlasan bəsimdir bəsim
Can desən alışıb yana bilərəm
Dön desən yerimdə dona bilərəm
Indi bilmişəm ki ömür-gün gedir
ən gözəl hislərim köçür könlümdən
qayıt!
Sən ömrümə təzəlik gətir
Dəli bir ağlamaq keçir könlümdən...

Coxdandı qəbristana düşməyir yolum
O tənha məzarı ot basıb bəlkə
Mənim soyuqluğum, laqeydligim
Onun sinəsinə od basıb bəlkə
Bir daş var gözümün yaşına həsrət
Dayanıb o giley heykəli kimi
əlim torpağına- daşına həsrət
yıxılıb ustunə mən dəli kimi
ağlayam gərək!
O tənha məzarı torpaqdan üzüb
Ovcumun içində
saxlayam gərək!
Şöhrətin ustunə yüyürdükcə mən
Istəklər, arzular köçür könlümdən
Sevgi dünyasına büründükcə mən
Dəli bir ağlamaq keçir könlümdən...

Küləklər oynayır kənd evimizdə
Taleh baş götürüb apardı məni
Hörümcək tor qurub pəncərəmizdə
Həsrətim çırpınır o torda mənim
Yarasa boylanır uçur tavandan
Bükülmüş dirəklər çat-çat olubdur
Qorxudan dıvarın bağrı yarılıb
Qapılar çoxalıb dördqat olubdur
Gedim dıvarına yalvarım onun
Gedim qapıların qatı açılsın
Gedim mən sonuncu dirəyi olum
Tavanlar çinimə barı uçulsun
Daşı daş ustunə qoyum təzədən
Dəlisov küləklər əsir könlümdən
Elə kövrəlmişəm!
Bilmirəm nədən!
Dəli bir ağlamaq keçir könlümdən...


P.S Son dovrun en lirik sairi Nusret Kesemenli. Allah rehmet elesin!
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Nusret Kesemenli Empty
Yeni mövzuMövzu: GETMEK ISTEYIRSEN, BEHANESIZ GET    Nusret Kesemenli I_icon_minitimeŞ. 02 Okt. 2010, 12:21

GETMEK ISTEYIRSEN, BEHANESIZ GET

Getmek isteyirsen, behanesiz get,
Oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
Gedirsen sesin de yad olsun, bari.

Sen deniz qoynuna tullanmis cicek,
Ustune dalgalar atilacaqdir.
Saxta mehebbetin saxta sened tek
Ne vaxtsa ustunde tutulacaqdir.

Demirem, sen uca bir dagsan, eyil
Demirem, elacim qalibdir sene.
Ne sende mehebbet qara pul deyil,
Ne men dilenciyem, el acim sene.

Dosenim yollar tek ayaqlarina,
Sene yalvarim men, bu mumkun deyil.
Qoymaram qelbim tek vuqarim sina,
Alcalib yasamaq omur-gun deyil.

Getmek isteyirsen, o yol, o da sen,
Bir cut goz baxacaq arxanca senin.
Getdinmi, geriye donmek istesen,
Tikanli yastiga donecek yerin.

Getmek isteyirsen ne danis ne din
Yox ol uzaglartek dumanda cende
Neyimi sevmisdin deye bilmedin
Indise yuz eyib gorursen mende

Getmek isteyirsen, behanesiz get,
Oyatma murgulu xatireleri.
Sesi hemin sesdir, baxisin ogey,
Gedirsen sesin de yad olsun, bari.
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Nusret Kesemenli Empty
Yeni mövzuMövzu: Geri: Nusret Kesemenli   Nusret Kesemenli I_icon_minitimeŞ. 02 Okt. 2010, 12:24

YALAN

Omurden bir gunu ogurlamishiq
Qachib bolushuruk bu xelvet yerde
Payizda ayrilan kocheri qushuq
Kim bilir,
Belke de gorushduk bir de…

Boshalir ureyin dolur gozlerin
Gecikmish zamani lenetleyirsen
Dolashib dilinde qalir sozlerin
Ozun de bilmirsen ne isteyirsen

Ortur gozlerini yuxu xumari
Yuxun sachin kimi qarishiq dusher
Fikirli kecersen bu gun yollari
Unvanin adimla dolashiq dusher…

Delitek dash atdiq bu sakit gole
O dashi geriye qaytarmaq olmur
Bizim yalanimiz yeriyir hele
Ele yeriyir ki, izi de qalmir.

Acha da bilmirik sirri hec kime
Ele gizli gizli alishiriq biz
Belke de bir dogru sevgi eshqine
Min yalan uydurub danishiriq biz…
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Nusret Kesemenli Empty
Yeni mövzuMövzu: Geri: Nusret Kesemenli   Nusret Kesemenli I_icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
Nusret Kesemenli
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Müxtəlif :: Ədəbiyyat və Jurnalistika-
Keç: