M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Rəqəminizlə xasiyyətinizi müəyyən edin

Aşağa gitmek 
5 posters
MüəllifIsmarıc
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeB. 19 Sen. 2010, 22:54

Bir sıra mütəxəssislər rəqəmlərlə xasiyyəti öyrənmək üçün uzun zamandır baş sındırırlar. Belə iddia edənlər var ki, onların hazırladığı «tale rəqəmləri»nin köməkliyi ilə beşikdəki körpənin də kimliyini bilmək olar. Bunun üçün uşağın doğulduğu il, ay və günün rəqəmlərini üst-üstə gəlmək lazımdır. Məsələn, tutaq ki, uşaq 9 iyun 1984-cı ildə anadan olub. İndi həmin rəqəmləri toplayaq: 9+6 (iyun) +1+9+8+4=37
Bundan sonra alınan ədədin rəqəmlərini toplayırıq: 3+7=10
Alınan bu ədədin də rəqəmlərini toplayırıq 1+0=1
Beləliklə, uşağın tale rəqəmi 1-dir.
Və ya əgər uşaq 1 may 1978-ci ildə anadan olubsa, onun tale rəqəmi belə tapılır: 1+5 (may) +1+9+7+8= 31
Alınan ədədin tərəflərini toplayaq: 3+1=4. Demək, uşağın tale rəqəmi 4-dür. Beləliklə, bütün insanlar doqquz qrupa bölünür.

Bir

Tale rəqəmi bir olan uşaqlar dünyaya gələn andan xarakter göstərirlər. Beş yaşında bunlar artıq enerji topası olur. Həddən artıq müstəqil olan bu uşaqlar valideynlərinə elə od qoyurlar ki, onlar vaxtından əvvəl qocalır. «Bir»lərə diş batırmaq çətindir. Daim diqqət tələb edirlər. Əks təqdirdə evin altını üstünə çevirərlər. Sərt davrananda, nəyisə qadağan edəndə özlərindən çıxırlar. Qapalı məkanda qalmağı sevmirlər. Ətraf aləmlə çox ciddi maraqlanırlar. Uğurlarını stimullaşdırmaq lazımdır. Onları liderliyə həvəsləndirin. Səbrli olub onları məhəbbətlə əhatə etsəniz, əvəzini görəcəksiniz.

İki

Tale rəqəmi iki olan uşaq anadan olandan suyu şirin olur. Əslində o numerologiya silsiləsində ən heyranedici, ünsiyyətçil, hər bir qulluğa yarıyan tipdir. Onlar kiminsə xətrinə dəyməyə qorxduqlarından öz həqiqi hisslərini gizlədə bilirlər. Buna görə böyüyəndə çox qətiyyətsiz olurlar. Digərlərinə xoş gəlmək üçün həddən artıq enerji sərf edirlər. Çətinliklərlə rastlaşmaqdan qorxurlar. Həssas, ehtiyatlı və utancaq olan «iki»lər yad adam görəndə, çox güman ki, anasının yanında gizlənəcək. İlkin qorxaqlıq dövrü keçəndən sonra onlar (əsasən də oğlanlar) boşboğaz olur. Yaşıdları ilə oynamağı xoşlayırlar. Çoxlu dostları olur. Sakit, sözəbaxan, mərifətli, mehriban və həssas olan «iki»lərin qucaqlanmaqdan xoşları gəlir. Tərifləməsən və məqsədlərinə çatmaq üçün həvəsləndirməsən, sizdən uzaqlaşa bilərlər.

Üç
Sizin ecazkar uşağınız bağçanın ulduzudur. O, ətrafdakıların diqqət və məhəbbətin qazanır. Uç rəqəmi altında doğulan uşaqlar çox vaxt utancaq olur. Lakin bu onlara dünyada ən çox istədiklərinə, diqqətə yiyələnməyə mane olmur. Ən çox arzuladığı valideyn diqqətidir. Uşaq hamıdan ona baxmağı və dinləməyi tələb edir. Oğul hər zaman ananın, qız isə atanın sevimli övladına çevriləcək. Həm qız, həm də oğlan ömürlərinin sonuna qədər əks cinsin daim diqqətini cəlb edəcək. Ailədə tək uşaq olsa, üç rəqəm altında doğulan uşaq yaxşı mənada fərqli olacaq. Rəqabət olmayan yerdə belə uşaqlar sanki işıq saçırlar və az şıltaqlıq edirlər. Dil açan andan yorulmadan danışırlar və şişirtməyə meylli olurlar. Bununla ətrafdakıların diqqətini cəlb etmək istəyirlər. Məktəbdə dinclik və yorulmaq bilməyən «üç»lər çox vaxt müəllimlərin sevimlisinə çevrilirlər. Amma sinif yoldaşlarını da təngə gətirirlər. Parıldayan şeylərdən xoşları gəlir. Parıltısını itirən şeyə heç bir maraqları olmur. Diqqətləri tez yayınır. Valideynlər onlara diqqətini bir yerə cəmləməyi və səbrli olmağı öyrətməlidir. Numerologiya silsiləsində ən xudbin – eqoist də «üç»lərdir. Onları məzəmmət edəndə söz seçiminə xüsusi diqqət yetirmək lazımdır. Uşağına vaxt və səbrini qənaət etməyən valideynlər narahat olmaya bilərlər. Bir neçə ildən sonra uşaq sədaqətli və onları sevən insan olacaq.

Dörd
Əgər dörd rəqəmi altında doğulmuş uşağınız sizə həddən artıq ləng görsənirsə, narahat olmayın. Çünki «dörd»lər səliqəli və işlərini hər zaman nizama salan olurlar. Bir şeyə əmin olanda bu fikir onlarda sona qədər davam edir. Əgər münaqişədən qaçmaq istəyirsinizsə, onların əşyalarının yerini dəyişməyin, tək qalmalarına mane olmayın. Çox üzüyola olan bu uşaqlar həm özlərini, həm də bacı-qardaşlarını əyləndirə bilirlər. Təşəbbüskar, müstəqil və açıq ürəkli olmaları onları sevdirir. Bu həssas uşaqların hamıdan artıq diqqət və məhəbbətə ehtiyacı olur. Ancaq tələbkar olmadıqlarından bunu biruzə vermirlər. Numerologiya tsiklində ən təmkinlidirlər. Başladıqları işi çox uğurla başa çatdırırlar.

Beş

Əgər uşağınız bu rəqəm altında doğulubsa, idman zalına getməyə ehtiyacınız yoxdur. Çünki evinizdə canlı trenajor var. Anası ona hələ öyrəşməmiş uşaq artıq yeriməyə və əlinə düşən hər şeyi dağıtmağa başlayacaq. Belə uşağı olan valideynlər elektrik «rozetka»sı, manej və şkaflara qıfıl vurmalıdırlar. Belə uşağın anası tez-tez plastır almaq məcburiyyətində qalacaq. Zahirən mehriban görsənməsə də, həddən artıq maraqlı və sədaqətli olurlar. Öz yerlərini heç kimə vermək həvəsində olmurlar. Onlar özlərini yaxşı aparanda mələk, pis aparanda isə şeytan olurlar. «Beşinci»lər hər şeydən tez bezir. Ona görə onlara təzə-təzə oyuncaqlar almaq lazımdır.

Altı
Əgər uşağınız təkdirsə, tələsin. «Altıncı» uşaqlar özlərini ancaq bacı və qardaşlarının yanında rahat hiss edirlər. Həmişə kiminləsə oynamaq, kiməsə qayğı göstərmək istəyirlər. Sizin uşaq cazibəli və mehriban olsa da, tərs və şıltaqdır. Ola bilər ki, xətrinizə dəysin. Lakin dərhal vəziyyəti düzəldir. Adətən, həyatda uğur qazanırlar. Məsuliyyət hissini tez anlayırlar. Valideynlərin borcu bu uşaqlara emosiyalarını biruzə verməkdə səbrli olmağı öyrətməkdir. Həssas və qayğıkeşdilər. Ünvanlarına deyilən ən xırda tənqidi də öz kiçik aləmlərinə qəsd kimi qəbul edirlər. Ətrafdakıların hamısını valeh edirlər. Bu imkandan çox məharətlə istifadə edə bilirlər. Axı xalis manipulyatordular. Onların sizə verdiyi məhəbbətə məhəbbətlə cavab verin. «Altılar» həmişə ailədə sevimli olur.

Yeddi
İlk andan anlayacaqsınız ki, bu, digərlərindən fərqlənən bir uşaqdır. Adətən, yeddi rəqəmi atlında doğulanlar çox sakit uşaq olur. Yox, əgər uşaq həddən artıq temperamentlidirsə, sizi məyus etməli olacağıq: bu numerologiya silsiləsində ən çətin uşaqdır. Belə uşaq dəqiq bilir ki, ona nə lazımdır, nə isə yox. Nə isə etmək istəmirsə, özünü yorma. Əziyyətə dəyməz. Əgər valideynlər həssasdırlarsa, hətta ən çətin uşaq sizə çoxlu sevinc bəxş edəcək. Kiçik yaşlarından sizin həyəcanlı olduğunuzu hiss edəndə sakitləşdirməyə çalışır. Bu həssaslıq bacı-qardaşlarına və dostlarına qarşı da olur. Onun kiçik dünyasını sındırmağa cəhd etsəniz, uşağın qəzəbini təsəvvür edə bilməzsiz. «Yeddincilərin» yaxşısı da, pisi də onların rejimlərinin pozulmasına dözmür. Əgər vaxtında yedizdirməsən, qapalı və adamayovuşmaz ola bilərlər. Fiziki cəhətdən qeyri-fəaldırlar, amma zehni qabiliyyətləri yüksək olur. Böyüyəndə təkliyə can atırlar. Emosiyalarını gizlətməyi yaxşı bacarırlar. Onlarda yaradıcılığa həvəs oyandırmaq lazımdır.

Səkkiz
Təbii ki, siz uşağınızın korlanmasını istəmirsiniz. «Səkkizincilər» numerologiya silsiləsindən ən cazibədar uşaqlardı. Xasiyyətləri pis olmur. Valideynləri onların cilovunu hər zaman əlində saxlamalı, lazım olanda iplərini yığmağı bacarmalıdırlar. Hətta ailədə ağalıq etmək istəyən bu uşaqlara hər zaman yerini göstərmək lazımdır. Ancaq bir qədər ehtiyatlı olmaq lazımdır. Çünki «səkkizinci»lər çox həssas olur. Ailədə kimin söz sahibi olduğunu anlayan kimi bu uşaq sakitləşir. Səkkiz rəqəmi güc və hakimiyyəti ifadə etdiyinə görə, bu uşaqlara kiçik yaşlarından pisi yaxşıdan ayırmağı öyrətmək lazımdır. «Səkkizinci» uşaqlar müstəqillikləri ilə yanaşı, çox qısqanc olurlar. Anlatmaq lazımdır ki, başqalarına göstərilən qayğıdan ona da göstərilir. Çox tələbkar, inadcıldırlar.

Doqquz
Bunlar uşaq yox, müəlliminizdir. Böyüyənə qədər onlardan bir çox şey öyrənəcəksiniz. Onlar güclü cazibə qüvvəsinə, hərtərəfli istedada və zəngin düşüncə tərzinə malik olur. Fərasəti ilə hər kəsi valeh edir. Bir qədər şıltaq olsalar da, kimsəyə əziyyət vermirlər. Adətən, ailənin bütün problemlərinin həllini öz üzərlərinə götürürlər. Çox nadir hallarda prioritetlərini dəyişirlər. «Doqquzlar»dan müxtəlif peşə sahibi çıxır. Nəvazişə olan ehtiyaclarını biruzə verməsələr də, buna böyük ehtiyacları var. Bəzən valideynlər unudur ki, bu ciddi görkəmli uşaqlar bəzən oynamaq, dəcəllik etmək istəyir. Onlara diqqət yetirin. Etiraz etsələr də, bağrınıza basın və qayğı göstərin. Nəticədə qarşınızda həddən artıq səmimi və qayğıkeş insan görəcəksiniz. Onlar hara getsələr də, axırda sizin isti ocağınıza qayıdacaqlar
Əvvələ qayıt Aşağa gitmek
Gümüş_Nitrat

Gümüş_Nitrat


İsmarıc sayı : 262
Points : 270
Reputation : 8
Join date : 19/09/10
Age : 33
Şəhər/ölkə : Bakı/AZƏRBAYCAN

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeÇər. 22 Sen. 2010, 00:10

Yeddi. Maraqlıdı, uyğun gəldi: "çətinliyim", həssas olmağım, təkliyə can atmağım və emosiyalarımı gizlətməyi bacarmağım .
Əvvələ qayıt Aşağa gitmek
abbasova

abbasova


İsmarıc sayı : 134
Points : 138
Reputation : 4
Join date : 21/09/10
Age : 38
Şəhər/ölkə : Azerbaijan, Sumgait

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeÇər. 22 Sen. 2010, 07:26

mende 5 alindi mamawa da meni ele daniwib))))
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeÇər. 22 Sen. 2010, 07:34

abbasova yazıb:
mende 5 alindi mamawa da meni ele daniwib))))



Sene yeni oyuncaqlar lazimdi Very Happy )))))))
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeÇər. 22 Sen. 2010, 07:39



İki

Tale rəqəmi iki olan uşaq anadan olandan suyu şirin olur. Əslində o numerologiya silsiləsində ən heyranedici, ünsiyyətçil, hər bir qulluğa yarıyan tipdir. Onlar kiminsə xətrinə dəyməyə qorxduqlarından öz həqiqi hisslərini gizlədə bilirlər. Buna görə böyüyəndə çox qətiyyətsiz olurlar. Digərlərinə xoş gəlmək üçün həddən artıq enerji sərf edirlər. Çətinliklərlə rastlaşmaqdan qorxurlar. Həssas, ehtiyatlı və utancaq olan «iki»lər yad adam görəndə, çox güman ki, anasının yanında gizlənəcək. İlkin qorxaqlıq dövrü keçəndən sonra onlar (əsasən də oğlanlar) boşboğaz olur. Yaşıdları ilə oynamağı xoşlayırlar. Çoxlu dostları olur. Sakit, sözəbaxan, mərifətli, mehriban və həssas olan «iki»lərin qucaqlanmaqdan xoşları gəlir. Tərifləməsən və məqsədlərinə çatmaq üçün həvəsləndirməsən, sizdən uzaqlaşa bilərlər.
etsələr də, axırda sizin isti ocağınıza qayıdacaqlar[/quote]


2+9+9+1+9+8+9=47
4+7=11
1+1=2 nu beledeee silent
Əvvələ qayıt Aşağa gitmek
abbasova

abbasova


İsmarıc sayı : 134
Points : 138
Reputation : 4
Join date : 21/09/10
Age : 38
Şəhər/ölkə : Azerbaijan, Sumgait

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeÇər. 22 Sen. 2010, 09:51

pis olmazdi yeni oyuncaqlar indi de xowduyuram oyuncaqlari k stati men oyuncaq axtariram bakini alt ust eledim tapa bilmedim ama kimse yerin bilirse desin da mene. Men Holly Dolly nin klipindeki qoyun oyuncagi axtariram yumuwaq oyuncaq biraz boyuk bilen olsa yazsin da pleaseeeeee
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeÇər. 22 Sen. 2010, 18:24

abbasova yazıb:
pis olmazdi yeni oyuncaqlar indi de xowduyuram oyuncaqlari k stati men oyuncaq axtariram bakini alt ust eledim tapa bilmedim ama kimse yerin bilirse desin da mene. Men Holly Dolly nin klipindeki qoyun oyuncagi axtariram yumuwaq oyuncaq biraz boyuk bilen olsa yazsin da pleaseeeeee


Aysel yerini tapsan menede deyersen evmizde balaca qizimiz var ona alacam)))) nu eger men tapsam,sen deyerem Smile
Əvvələ qayıt Aşağa gitmek
abbasova

abbasova


İsmarıc sayı : 134
Points : 138
Reputation : 4
Join date : 21/09/10
Age : 38
Şəhər/ölkə : Azerbaijan, Sumgait

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeŞ. 25 Sen. 2010, 09:58

Fika yazıb:
abbasova yazıb:
pis olmazdi yeni oyuncaqlar indi de xowduyuram oyuncaqlari k stati men oyuncaq axtariram bakini alt ust eledim tapa bilmedim ama kimse yerin bilirse desin da mene. Men Holly Dolly nin klipindeki qoyun oyuncagi axtariram yumuwaq oyuncaq biraz boyuk bilen olsa yazsin da pleaseeeeee


Aysel yerini tapsan menede deyersen evmizde balaca qizimiz var ona alacam)))) nu eger men tapsam,sen deyerem Smile


ok cox sagol ele sevineremonu tapsam
Əvvələ qayıt Aşağa gitmek
Seide




İsmarıc sayı : 52
Points : 60
Reputation : 8
Join date : 22/09/10

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeŞ. 25 Sen. 2010, 15:11

3 çıxdı yaxşıdı)))
Əvvələ qayıt Aşağa gitmek
Hajizada

Hajizada


İsmarıc sayı : 166
Points : 180
Reputation : 2
Join date : 25/09/10
Şəhər/ölkə : UK

Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitimeŞ. 02 Okt. 2010, 21:54


mende 4 Smile
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Rəqəminizlə xasiyyətinizi müəyyən edin Empty
Yeni mövzuMövzu: Geri: Rəqəminizlə xasiyyətinizi müəyyən edin   Rəqəminizlə xasiyyətinizi müəyyən edin I_icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
Rəqəminizlə xasiyyətinizi müəyyən edin
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Forum :: Umumi Mövzular-
Keç: