M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 11-18 oktyabr

Aşağa gitmek 
MüəllifIsmarıc
M&M
Admin
M&M


İsmarıc sayı : 199
Points : 292
Reputation : 1
Join date : 17/09/10
Age : 40

11-18 oktyabr Empty
Yeni mövzuMövzu: 11-18 oktyabr   11-18 oktyabr I_icon_minitimeB. 10 Okt. 2010, 16:13

QOÇ - Şənbə və bazar günlərində ümumi ovqatınız aşağı olduğundan həmin ərəfədə daha çox istirahətə üstünlük verməlisiniz. Əvvəlki müddətdə isə gözləmədiyiniz uğurlar həyatınızı zənginləşdirə bilər. Xüsusi ilə oktyabrın 12-də və 15-də bəxtiniz gətirəcək. Pulla bağlı problemləriniz də həllini tapacaq.

BUĞA - Bu həftə hansısa uğursuzluqla rastlaşsanız, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Bu ərəfədə əlinizə düşən pulları boş-boş işlərə xərcləməyin. Digərləri ilə münasibətdə təmkin nümayiş elətdirin. Ayın 17-də müqəddəs ziyarətgahlara baş çəkin.

ƏKİZLƏR - Paralel olaraq bir neçə işin qulpundan yapışmaq sizə uğur gətirə bilər. Xüsusən də 12-13 oktyabr ərəfəsində çoxşaxəli fəaliyyət böyük uğurlardan xəbər verir. Şəxsi işlərinizdə dönüş yaratmaq üçün sövdələşmələrə başlayın. Bu həftə şəxsi büdcənizdə ciddi artımlar da mümkündür.

XƏRÇƏNG - Qarşınızda kifayət qədər təzadlı müddət durur. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Bu səbəbdən də tam bələd olmadığınız şəxslərlə iş birliyi yaratmaqdan, uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirakdan vaz keçin. Ayın 18-də səhhətinizi qoruyun.

ŞİR - Bu həftə sizə heç bir zərər dəyməyəcək və gözlədiyiniz xoş məqamların vaxtı yetişəcək. Xüsusən də ayın 15-də və 16-da iştirakçısı olduğunuz bütün proseslər ürəyinizcə olacaq. Çərşənbə axşamı ürəyinizə yaxın olan şəxslərlə əlaqə saxlayın. Bu əlaqə işıqlı gələcəyiniz üçün vacibdir.

QIZ - Cümə gününə qədər işlərinizdə passivlik hökm sürəcək. Həmin günlərdə riskli işlərdən uzaq olmalı, yeni müqavilə və təkliflərdən boyun qaçırmalı, eləcə də səhhətinizlə bağlı problemlərin həlli ilə məşğul olmalısınız. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq.

TƏRƏZİ - Bu həftənin əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması ətrafınızda olanların sizi anlaması ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verəcək. Amma hər şeydən əvvəl sağlamlığınızın qayğısına qalmalısınız.

ƏQRƏB - Təəssüf ki, bu həftə hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da ayın 13-də və 15-də bəzi xoşagəlməzliklərlə üzləşmə ehtimalınız var. Bu həftə istəsəniz də, istəməsəniz də pul sarıdan bəxtiniz gətirməyəcək.

OXATAN - Bu həftə, xüsusən də oktyabrın 13-də bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz. Uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatlıq və s. kimi mənfi fəsadlar da bu sıraya daxildir. Bu səbəbdən də həmin ərəfədə daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Həftə sonu iş və maliyyə məsələlərində uğurlar mümkündür.

OĞLAQ - Bu həftə sizin üçün normal keçəcək. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq etməyin. Əksinə, təmkinli olun və bununla qarşı tərəfə nümunə göstərməyə çalışın. İndiki ərəfədə bu, sizin üçün ən gözəl çıxış yolu sayılır.

SUTÖKƏN - Oktyabrın 13-nə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan uzaqlaşın. Ola bilsin ki, iş yerində və qonşuluq münasibətlərində də gərginlik yaransın. Sonrakı günlərdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında çətinliyiniz olmayacaq. Gələcək büdcənizi rahatlamaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız da mümkündür.

BALIQLAR - Mühüm planlarınızı oktyabrın 15-nə qədər həyata keçirməyə çalışın. Çünki həftənin yalnız bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar biznesin digər sahələrində uğurlara yaxın olacağınızı bildirir. Oktyabrın 17-də səhhətinizi qoruyun və zərərli vərdişlərdən əl çəkməyə çalışın.
Əvvələ qayıt Aşağa gitmek
http://maraq-mentiq.soglam.net
 
11-18 oktyabr
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» 4-11 oktyabr
» 18-25 oktyabr

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Forum :: Astroloji Proqnoz-
Keç: