M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Yuxu...

Aşağa gitmek 
MüəllifIsmarıc
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Yuxu... Empty
Yeni mövzuMövzu: Yuxu...   Yuxu... I_icon_minitimeÇ.a. 12 Okt. 2010, 20:12

ALLAHın sevimli qullarından biri yuxu görər.Yuxusunda ona belə deyilir: "Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!"
Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ balacalaşdı. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yedi, baldan şirin tapdı. ALLAHa həmd etdi, getdi.
Qarşısına qızıldan bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Bir az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq üzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, "Mən əmr ediləni etdim." deyərək buraxıb getdi.
Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: "Ey ALLAHın sevimli qulu, məni saxla. Mənə kömək et." Onu götürdü. Qoynundaa saxladı. Arxasından şahin gəldi; belə dedi: "Ey ALLAHın sevimli qulu, mən acam. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma. Öz-özünə belə dedi: "Üçüncünün diləyini yerinə yetirməm əmri verildi, etdim. Dördüncünü üzməmək əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; öz ətindən bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu saldı. Bundan sonra, getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: "Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir."
Daha sonra, yuxusunda belə izah edildi: "Birinci görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər; səbirlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən ALLAHdır...
Əvvələ qayıt Aşağa gitmek
 
Yuxu...
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Forum :: Din və Fəlsəfə-
Keç: