M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaAxtarQeydiyyatdan keçinGiriş

 

 18-25 oktyabr

Aşağa gitmek 
MüəllifIsmarıc
M&M
Admin
M&M

İsmarıc sayı : 199
Points : 292
Reputation : 1
Join date : 17/09/10
Age : 37

18-25 oktyabr Empty
Yeni mövzuMövzu: 18-25 oktyabr   18-25 oktyabr I_icon_minitimeB. 17 Okt. 2010, 18:22

QOÇ - Pulla bağlı problemləri nəzərə almasaq, bu ərəfədə hansısa çətinliyiniz olmayacaq. Bir qədər qənaətcil olun. Oktyabrın 22-dən etibarən bəzi kəm-kəsir işləriniz qaydasına düşməlidir. Astroloji göstəricilər arabir sevgi ümmanına da baş vurmağınızı tövsiyə edir.

BUĞA - Daha çox səhhətinizə fikir verin. Bunu bacarsanız, narahatlığınız olmayacaq. Fəaliyyət dairənizi genişləndirmək üçün qarşınıza çıxan bütün şanslardan istifadə edin. Ayın 24-də varlanma ehtimalınız olduğu üçün bütün mümkün variantlardan yararlanın.

ƏKİZLƏR - Oktyabrın 24-nü nəzərə almasaq, həftənin ümumi mənzərəsi ürəyinizcə olacaq. Qarşınızda duran perspektivlərdən maksimum yararlanmalısınız. Ulduzların düzümü ayın 21-də şəxsi işlərinizdə müsbət dönüşün baş qaldıracağından xəbər verir. Bu, çoxdan bəri nəzərdə tutduğunuz, lakin reallaşdıra bilmədiyiniz işlər ola bilər.

XƏRÇƏNG - Maraqlı səfərlər, qonaqlıqlar və tanışlıqlar yolunuzu gözləyir. Bunlar perspektivlərinizə xidmət etdiyi təqdirdə, fəaliyyətə də müəyyən qədər fasilə vermək olar. Ayın 23-də daxili gərginlikdən qurtulmaq üçün mütləq müqəddəs ziyarətgahlardan birinə baş çəkin. Planlarınızın reallaşması üçünsə mənasız yerə risk etməyin.

ŞİR - İlin bu vaxtları ümumi ovqatınızda həmişə xoş hadisələr baş verir. Odur ki, qarşınıza qoyduğunuz vacib işlərin çoxuna yetişə bilərsiniz, xüsusən də yeni iş qurmaq istiqamətində. Bununla yanaşı, istər qarşılıqlı münasibətlərdə, istər ailə-sevgi məsələlərində, istərsə də maliyyə sahəsində uğurlarınız artmalıdır.

QIZ - Bu həftə əsas vaxtınızı səhhətinizə yönəltməlisiniz. Çox güman ki, neçə aydan bəri gərilən əsəbləriniz özünü bir az da qabardacaq. Odur ki, müalicəyə başlamağa dəyər. Çalışın ki, müayinə zamanı yalnız xalq təbabətindən istifadə edəsiniz. Ayın 20-də maraqlı təkliflər almanız mümkündür.

TƏRƏZİ - Bu həftə hər addımda özünüzə diqqət yetirməlisiniz. Ağır fiziki işlərdən, riskli sövdələşmələrdən və uzaq səfərlərdən imtina edin. Ailə-sevgi münasibətlərində isə yol verdiyiniz səhvləri düzəltməyə çalışın.

ƏQRƏB - Ötən həftədən mövcud olan gərginliyiniz maliyyə çətinliyi ilə nəticələnə bilər. Odur ki, çıxılmaz vəziyyətə düşməmək üçün müəyyən qədər borc götürmək olar. Ulduzlar ünsiyyətdə olduğunuz insanların bədxahlığına neytral yanaşmağınızın əleyhinədir. Çünki uğursuzluqlarınızın əksəriyyəti cəsarətsizliyinizdən irəli gəlir. Buna baxmayaraq, oktyabrın 19-da və 22-də ulduzlar sizə bir neçə şans verəcək.

OXATAN - Bu həftə ulduzlar sizin daha enerjili və işlərinizin daha perspektivli olacağına təminat verəcək. Bu arada daha çox işgüzar sövdələşmələrdə bəxtiniz gətirəcək. Əvvəlki günlərdə isə mübahisələrdən yayınmalı, qeyri-ciddi adamlarla oturub-durmamalısınız. Uzaq səfərləri isə mümkün qədər təxirə salın.

OĞLAQ - Həftənin elə ilk günündən başlayaraq şəxsi işlərinizdə əsaslı dönüşün baş qaldıracağını bildirən Göy qübbəsi ölçülü-biçili addımlar atmağınızı tələb edir. Yaxın adamlarla, qohum-qonşularla münasibətləri tənzimləməyə çalışın. Oktyabrın 22-də şəxsi büdcənizdə artım gözlənilir. Amma yeni işlərə pul qoymaq, kimlərəsə ciddi məbləğdə borc vermək sizin işiniz deyil.

SUTÖKƏN - Hər mənada düşərli həftə demək olar. Çünki nəzərdə tutduğunuz planların əksəriyyətini həyata keçirə biləcəksiniz. Maliyyə çətinlikləriniz də aradan qalxacaq. Üzərinizə düşən başlıca vəzifə mövqelərinizi qətiləşdirmək, tərəfdaşlarınızı sınamaq və yeni layihələri reallaşdırmaq üçün sövdələşmələr aparmaqdır.

BALIQLAR - Bu həftə sizin üçün müəyyən mənada gərginliklə müşahidə olunacaq. Bu, daha çox fəaliyyət zəminində baş verə bilər. Oktyabrın 22-də sağlıq durumunuza da xüsusi diqqət yetirin. Ulduzlar ayın 23-də müqəddəs ziyarətgahlara baş çəkməyinizi məsləhət görür. Bu həftə uzaq səfərləri mümkün qədər təxirə salın.

_________________
18-25 oktyabr Coolte10
Əvvələ qayıt Aşağa gitmek
http://maraq-mentiq.soglam.net
 
18-25 oktyabr
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Forum :: Astroloji Proqnoz-
Keç: