M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Mikayıl Müşfiq

Aşağa gitmek 
4 posters
MüəllifIsmarıc
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeB.e. 20 Sen. 2010, 18:38

Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub milliyətcə Azərbaycan türküdür. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və adəbiyyat fakültəsini bitirmişdir (1927-1931).

Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə «Gənc işçi» qəzetində çap etdirdiyi «Bir gün» şeirilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür. 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, məktəbə, küçəyə və meydana adı verilmişdir.
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeB.e. 20 Sen. 2010, 18:39

TELEFON SÖHBƏTİ

Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində bax,
Ürəkdən saçılan sözlərin mənə.
Neçin ruhlanmasın bu yeni şair,
Çapar gözləməyir canan elindən,
Çılğın arzuları eşqinə dair
Mərhəmət ummayır səba yelindən.
Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan uzağa görünər mənə.
Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar sözlərə könlümü versəm?!
Əslinə varmaqçın bu söhbətlərin,
Nolur gözlərini telfonda görsəm?!
Məni inandırmaz yoxsa bu sözlər,
Az iş gəlməmişdir qərib başıma.
İstərəm ürəyin aynası gözlər
Açıb həqiqəti qoysun qarşıma.
Əvət, böylə qalmaz yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
Həsrətlə baxdığım üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeB.e. 20 Sen. 2010, 18:40

Həyat sevgisi


Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə elləşən
Dostdan, aşinadan necə əl çəkim?

Dönmə bir şəbnəmə yaz səhərində,
Könül, günəş kimi parla yerində!
Göylərin lacivərd ətəklərində
Gedən bu qovğadan necə əl çəkim?

Baxınız, dan yeri sökülmüş kimi,
Dostlar bir cəbhəyə tökülmüş kimi.
Uzaqdan-uzağa xam gümüş kimi
Ağaran səhradan necə əl çəkim?

Təbiət varlıdır, təbiət xəsis,
İşlədərkən onu, sən ey mühəndis,
Mən də qart daşlara verdiyim bu hiss,
Bu incə mənadan necə əl çəkim?

Bir yanda tərlanlar, dumanlı dağlar,
Bir yanda kəkliklər, ayna bulaqlar,
Bir yanda bülbüllər, çiçəkli bağlar,
Mən bu tamaşadan nece əl çəkim?

Həyat dedikləri bu keşməkəşdən,
Qəlbimdə, qanımda yanan atəşdən,
Gecədən, gündüzdən, aydan, günəşdən,
Bu əngin fəzadan necə əl çəkim?

Qarşımda dalğalı dərin bir ümman,
Ümmanı sarsıdır bir acı tufan,
Boyaz köpükləri bir çiçək yapan
Şeirdən, xülyadan necə əl çəkim?

Ulduzlar fıkrimin çırağbamdır,
Bulud xəyalımm karıvanıdır,
Səma ki, hissimin aşiyanıdır,
Böylə bir səmadan necə əl çəkim?

Mehriban sevgilim qarşımda durdu,
Yenə şairliyim başıma vurdu,
Məndən məcnun könül maraqla sordu:
-Bu saçı leyladan necə əl çəkim?

Xəzan acısına edib təhəmmül,
Gülün kölgəsində ötəndə bülbül,
-Həyat, həyat! – deyə çırpınır könül,
Könüldən, sevdadan necə əl çəkim?

Sən aldın aşnıı yeni hisslərdən,
Ey cavan qələmim, düşmə bəhərdən,
A dostlar, söyləyin, mən bu hünərdən,
Bu təbi valadan necə əl çəkim?
Əvvələ qayıt Aşağa gitmek
Gümüş_Nitrat

Gümüş_Nitrat


İsmarıc sayı : 262
Points : 270
Reputation : 8
Join date : 19/09/10
Age : 33
Şəhər/ölkə : Bakı/AZƏRBAYCAN

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇ.a. 21 Sen. 2010, 20:48

Şer sevən olmasam da Mikayıl Müşviqin "Yağış yağarkən" bir də " Yenə o bağ olaydı" şerlərini çoox sevirəm.
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇ.a. 21 Sen. 2010, 20:52

Gümüş_Nitrat yazıb:
Şer sevən olmasam da Mikayıl Müşviqin "Yağış yağarkən" bir də " Yenə o bağ olaydı" şerlərini çoox sevirəm.


Yağış yağarkən


Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra. inci-inci nur damlalar.
Göyde iki qara bulud çatılaraq,
İldırımlar şaqqıldayır şaraq-şaraq.
Quşlar uçur yuvasna pırıl-pırıl,
Şırıldayır navalçalar şırıl-şırıl.

Çaxnaşmada göy üzündə ildırımlar,
Bir-birinə dəydi, baxın, qaldırımlar.
Dönmələrdə durana bax, qaçana bax!
Qaldırımda o balaca oğlana bax!
Öz döşündən yeni sözlər toxuyaraq,
Ayağını şappıldadır oxuyaraq.
Gülə-gülə bir qız qaçır o səkidən,
Ürəkciyi xali deyil səksəkidən,
Yanında bir gənc də qaçır,
Yağış yağır, onu açır.
Ey gənc, durma, qoltuqlamaq zamanıdır,
Təbiətin ən şux, çaqraq zamanıdır.
Yağ, yağışım, yağ sel ol, yağ!
Sırma-sırma, tel-tel ol, yağ!
Çözül, sən ki kölgəli bir yar saçısan,
Bağrıyanıq səhraların əlacısan.
Yağ, yağışım, sellənərək,
Sırmalanıb tellənərək!
Zümzümənlə şirin-şirin dillən, yağış.
Küçələrdə uşaq kimi vellən, yağış!
Bunlar keçər, çarpın, səma, köksüm kimi,
Ey ildırım, səs ver mənə, səsim kimi!
Yağ, ey yağış, fikrim kimi, hissim kimi,
Uzaq, yaxın çöllərə yağ,
Ölkələrə, ellərə yağ!
Yağış yağır, rəqs eyləyir gur damlalar,
Sıra-sıra, inci-inci nur damlalar.
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇ.a. 21 Sen. 2010, 20:56

Yenə o bağ olaydı..


Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha məsud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?
Əvvələ qayıt Aşağa gitmek
Gümüş_Nitrat

Gümüş_Nitrat


İsmarıc sayı : 262
Points : 270
Reputation : 8
Join date : 19/09/10
Age : 33
Şəhər/ölkə : Bakı/AZƏRBAYCAN

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇ.a. 21 Sen. 2010, 20:58

Çox sağolun Smile Yağış ancaq bu qədər gözəl təsvir edilə bilərdi... Wink

Əvvələ qayıt Aşağa gitmek
abbasova

abbasova


İsmarıc sayı : 134
Points : 138
Reputation : 4
Join date : 21/09/10
Age : 38
Şəhər/ölkə : Azerbaijan, Sumgait

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇər. 22 Sen. 2010, 14:09

menim avatarim pisdiii? oz el iwimdi Mad
Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇər. 22 Sen. 2010, 18:15

abbasova yazıb:
menim avatarim pisdiii? oz el iwimdi Mad


Oz el iwindise Suppadi Aysel ))))))
Əvvələ qayıt Aşağa gitmek
Ayshem

Ayshem


İsmarıc sayı : 62
Points : 66
Reputation : 4
Join date : 22/09/10

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇər. 22 Sen. 2010, 20:43

En sevdiyim wair,en sevdiyim werler coooox sagol Fika.Ellerine sagliq.. cheers

Əvvələ qayıt Aşağa gitmek
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitimeÇər. 22 Sen. 2010, 21:26

Ayshem yazıb:
En sevdiyim wair,en sevdiyim werler coooox sagol Fika.Ellerine sagliq.. cheers


Deymez...sizinde gozlerinize sagliqki gorub oxuyursuz:))))
Əvvələ qayıt Aşağa gitmek
Sponsored content





Mikayıl Müşfiq Empty
Yeni mövzuMövzu: Geri: Mikayıl Müşfiq   Mikayıl Müşfiq I_icon_minitime

Əvvələ qayıt Aşağa gitmek
 
Mikayıl Müşfiq
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Müxtəlif :: Ədəbiyyat və Jurnalistika-
Keç: