M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Sənin şerin

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Sənin şerin       Empty
Yeni mövzuMövzu: Sənin şerin    Sənin şerin       I_icon_minitimeB.e. 20 Sen. 2010, 18:43

Əgər kimsə öz şerlərini bizlə paylaşmaq istəyirsə buyursun...bu da meydan.....
Əvvələ qayıt Aşağa gitmek
Hajizada

Hajizada


İsmarıc sayı : 166
Points : 180
Reputation : 2
Join date : 25/09/10
Şəhər/ölkə : UK

Sənin şerin       Empty
Yeni mövzuMövzu: Geri: Sənin şerin    Sənin şerin       I_icon_minitimeŞ. 02 Okt. 2010, 11:58

Yağış..


Yağış. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Bir çətir altında bir-birinə sığınmış iki gənc…
Soyuq hava, isti nəfəs
Soyuq əl, isti ürək
Soyuq üz, isti baxış
Yaxınkən uzaq bir məsafə...

Sakitlik...
Yağış. Damlaların səsi.
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Tək bir gənc pəncərə kənarında...
Soyuq nəfəs, isti otaq
Soyuq ürək, isti əl
Soyuq baxış, isti üz
Çılpaq bağı xatırladan bir təəssüf...

Yenə yağış, damlaların səsi,
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Lap elə həmin gün, həmin məkan,
Sadəcə bir neçə saat keçmiş...
Soyuq hava, isti otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarına qoyulmuş bir varaq...

"Bir şer yazdım bugün
Natamamdı bəlkə
Bəlkə də davam etdirəcəm... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..
Uğurlu yolculuklar!
Soyuqluq duymayasan sən bugünkü hava tək.
Orda Gün doğarsa soyuqluq olmaz bəlkə
sən döndüyündə... Bilmirəm...
Bir şer yazdım bugün
Sənə ithaf edirəm..
Bu gedişinə..."

Hələ də yağış.. Damlaların səsi..
Küləkli hava. Tutqun səma.
Ağacların ürkək naləsi...
Soyuq hava, soyuq otaq
Çılpaq bağ, boş otaq
Pəncərə kənarında qalmış bir varaq...

Müəllif: R. Hacızadə
Əvvələ qayıt Aşağa gitmek
 
Sənin şerin
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» Bu ad sənin nəyindir?

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Müxtəlif :: Ədəbiyyat və Jurnalistika-
Keç: