Bir nəfər olur və onun 3 dostu olur. Bir gün bu adamı məhkəməyə çağırırlar. Həmin adam gəlir birinci dostunun yanına ki, məni tək qoyma, məhkəməyə bir yerde gedək. Amma dostu qəbul etmir və qətiyyətlə bildirir ki, bir addım da tərpənən deyiləm. Əlacsiz qalan adam ikinci dostuna ümidini bağlayir. İkinci dostunu isə çox isrardan sonra yarıya kimi getməyə razı salır. Üçüncü dostunu yadından çıxardan adam ikinci dostu ilə yola çıxır. Yolun yarsına çatanda ikinci dostu deyir ki, burdan bir addım da o tərəfə gedən deyiləm. Əlacsız qalan adam tək getməyə məcbur olur. Məhkəməyə çatır və xatirlamadığı üçüncü dostunun artıq orda olduğunu görür.
İndi isə, diqqət... Sualım belədir ki, həmin adamın 1-ci, 2-ci, 3-cü dostları kimlərdir və o məhkəmə nə məhkəməsidir?