M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Getmək istəyirsən bəhanəsiz get....

Aşağa gitmek 
MüəllifIsmarıc
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Getmək istəyirsən bəhanəsiz get.... Empty
Yeni mövzuMövzu: Getmək istəyirsən bəhanəsiz get....   Getmək istəyirsən bəhanəsiz get.... I_icon_minitimeŞ. 25 Sen. 2010, 20:39

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsi həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstünde tutulacaqdır.

Demirəm, sən uca bir dağsan, əyil
Demirəm, əlacım qalıbdır sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Döşənim yollar tək ayaqlarına,
Sənə yalvarım mən, bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil.

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən ne danış, nə din
Yox ol uzaqlartək dumanda ,çəndə
Nəyimi sevmişdin deyə bilmədin
Indisə yüz eyib görürsən məndə

Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülüxatireleri.
Səsi həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı

Getmək istəyirsən bəhanəsiz get oyatma mürgülü xatirələri Nüsrət Kəsəmənlinin şeirinə istinadən belə bir sual vermək istəyirəm sizə hər hansi bir yaxin insanı tərk etmək üçün ona Bəhanə gətirmək lazimdi ya yox?
Əvvələ qayıt Aşağa gitmek
 
Getmək istəyirsən bəhanəsiz get....
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Müxtəlif :: Hisslər-
Keç: