|
|
| Ramiz Rövşən | |
| | Müəllif | Ismarıc |
---|
Fika Admin
İsmarıc sayı : 834 Points : 1102 Reputation : 23 Join date : 18/09/10 Age : 35
| Mövzu: Ramiz Rövşən Ş. 02 Okt. 2010, 11:38 | |
| Ramiz Məmmədəili oğlu Rövşən - 1946-cı il, dekabrın 15-də Bakıda anadan olub. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsini, 1978-ci ildə Moskva Ali Ssenari kurslarını bitirib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri keçmiş SSRİ-nin bir çox dillərinə tərcümə edilib, ABŞ-da, Almaniyada, İngiltərədə, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə, İranda çap olunub. Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin və Azərbaycan Mətbuat Şurasının üzvüdür. Yenə bu şəhərdə üz üzə geldik Neyleyek,ayrica şəhərimiz yox. Belke de ,biz xoshbext ola bilerdik, Belke de ,xoshbextik,xeberimiz yox. Aradan ne qeder il kecib goren- Taniya bilmedim,meni bagishla. Men ele bilirdim sensiz olerem Men sensiz olmedim,meni bagishla! "olmedim" deyirem,ne bilim axi, -Belke de men sensiz olmushem ele, Qebirsiz -kefensiz ölmüşəm elə. Bəlkə də . biz onda ayrilmasaydıq, Nə mən indikiydim,nə sən indiki, -Ayrıldıq ,şeytanı güldürdük onda; Bu ilin,Bu ayın,bu günündıki, Ele. bu küçənin bu tinindəki məni də ,səni də öldürdük onda. | |
| | | Hajizada
İsmarıc sayı : 166 Points : 180 Reputation : 2 Join date : 25/09/10 Şəhər/ölkə : UK
| Mövzu: Geri: Ramiz Rövşən Ş. 02 Okt. 2010, 11:50 | |
| Ramiz Rovshenin en chox sevdiyim sherlerinden biri:
Ac həriflər tamaşasının soundtrack-i
Allah bizim Allahdı keçər günahımızdan, Allah bizi saxlasın hələ sabahımızdan. Bizdə o sifətdi, nə sifətdi, belə qardaş, Bir zərrə dəyişməz niyə ildən-ilə qardaş, Bir razı qalan varmı bugünkü işimizdən, Gəl, söhbət açaq, şanlı, gözəl keçmişimizdən. Allah bizim Allahdı keçər günahımızdan, Allah bizi saxlasın hələ sabahımızdan.
Çoxdandı ki əl üzmüşük öz Allahımızdan, Allah bizim Allahdı keçər günahımızdan. Bir quş kimi şeytan yuva qurmuş içimizdə, Baxsan, görünür barmağı hər bir işimizdə, Qardaş, niyə yoldaş, niyə bəs özü görünmür, Şeytana papaq tikmişik, buynuzu görünmür. Çoxdandı ki əl üzmüşük öz Allahımızdan, Allah bizim Allahdı keçər günahımızdan.
Hamıya kələk gəlməyə biz ustayıq usta, Hamıdan əvvəl gəl kələyi qardaşa, dosta, Dost özgə deyil, qorxma, keçər günahımızdan, Çoxdandı ki əl üzmüşük öz Allahımızdan, Allah bizi saxlasın hələ sabahımızdan. De, bunca lotu meydana birdənmi çıxıbdı, Göydənmi enib, yoxsa ki, yerdənmi çıxıbdı, O kimsə baxıb pozmasın öz halını indi, Əkdiklərimizdir, dəririk barını indi, Öz bağımızın meyvəsidir, dadına bir bax, Heyvasına, almasına, armuduna bir bax, Nə səpmişiksə, o cücərir torpağımızdan, Çoxdandı ki əl üzmüşük öz Allahımızdan, Allah bizim Allahdı keçər günahımızdan.
Ağız dolusu gör nə qədər dastanımız var, Qarpız dolusu gör nə qədər bostanımız var. Koroğlulara söz qoşub aşiq dilə gəlsin, E...e...ey... Top nədir, tüfəng nədir, mizrab ələ gəlsin, Düşmənləri sazla qovarıq torpağımızdan, Yetimlərə paltar tikərik bayrağımızdan. Allah bizim Allahdı, keçər günahımızdan, Allah bizi saxlasın hələ sabahımızdan
| |
| | | Gümüş_Nitrat
İsmarıc sayı : 262 Points : 270 Reputation : 8 Join date : 19/09/10 Age : 33 Şəhər/ölkə : Bakı/AZƏRBAYCAN
| Mövzu: Geri: Ramiz Rövşən Ş. 02 Okt. 2010, 17:13 | |
| Hər şairdən bir neçə şer xoşuma gəlir, Ramiz Rövşəndən də "Yenə bu şəhərdə üz üzə gəldik" şerini çoooox sevirəm, əladı. | |
| | | Fika Admin
İsmarıc sayı : 834 Points : 1102 Reputation : 23 Join date : 18/09/10 Age : 35
| | | | Sponsored content
| Mövzu: Geri: Ramiz Rövşən | |
| |
| | | | Ramiz Rövşən | |
|
| Bu forumun müsaadesi var: | Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
| |
| |
| |
|