M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 4-11 oktyabr

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
M&M
Admin
M&M


İsmarıc sayı : 199
Points : 292
Reputation : 1
Join date : 17/09/10
Age : 40

4-11 oktyabr Empty
Yeni mövzuMövzu: 4-11 oktyabr   4-11 oktyabr I_icon_minitimeÇ.a. 05 Okt. 2010, 21:40

QOÇ - Ulduzların düzümü çərşənbə gününə qədər ümumi işlərinizdə passivliyin hökm sürəcəyindən xəbər verir. Çox güman ki, bu, fəaliyyətinizdə baş verən gərginlikdən irəli gələcək. Həmin günlərdə yeni müqavilə və təkliflərdən boyun qaçırmalısınız. Sonrakı müddətdə isə planlarınızın əksəriyyəti qaydasına düşməyə başlayacaq.

BUĞA - İxtiyarınızda kifayət qədər təzadlı müddət durur. Proseslərin inkişafı gah müsbət, gah da mənfi istiqamətə yönələ bilər. Bu səbəbdən də tam bələd olmadığınız şəxslərlə iş birliyi yaratmaqdan, uzaq yola çıxmaqdan, riskli pul sövdələşmələrində iştirakdan vaz keçin.

ƏKİZLƏR - Göy qübbəsi yuxusuzluğunuzdan, iştahasızlığınızdan şikayətlənir. Bunun qarşısını almaq üçün bütün qüvvənizi səfərbər etməlisiniz. Əgər hansısa uğursuzluqla rastlaşırsınızsa, bunun səbəbini başqalarında deyil, özünüzdə axtarın. Bu aralıqda əlinizə düşən pulları boş-boş məsrəflərə xərcləməyin. Ayın 9-da müqəddəs ziyarətgahlara baş çəkin.

XƏRÇƏNG - Oktyabrın 8-nə qədər mübahisə və konfliktlərdən, eləcə də yeni işlərə başlamaqdan vaz keçməlisiniz. Ola bilsin ki, iş yerində və qonşuluq münasibətlərində də gərginlik baş versin. Sonrakı günlərdə isə qarşınıza qoyduğunuz ideyaların reallaşmasında heç bir çətinlik çəkməyəcəksiniz.

ŞİR - Bu aralıq bürcünüz üçün ciddi seçim ərəfəsi olacaq. Gələcəyinizi, taleyinizi ciddi düşünürsünüzsə, konkret addımlar atın. İnsanlarla umu-küsüləri bir kənara qoyun. Bu ərəfədə konfliktlərdənsə, qarşılıqlı münasibətləri mülayimləşdirmək daha sərfəlidir. Gələcək büdcənizi artırmaq üçün əhəmiyyətli sövdələşmələrdə iştirakınız labüdləşəcək.

QIZ - Vacib iş və planlarınızı oktyabrın 8-nə qədər həyata keçirməyə çalışın. Çünki həftənin məhz bu hissəsi ümumi işlərinizdə aktivlik mərhələsi olacaq. Ulduzlar daşınmaz əmlak alış-verişindən uzaq olmağınızı məsləhət görsə də, biznesin digər sahələrində uğurlara yaxın olacağınızı bildirir. Şənbə günü səhhətinizi qoruyun.

TƏRƏZİ - Ötən həftə ilə müqayisədə oktyabrın bu ərəfəsinin sizə əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması ətrafınızda olanların sizi anlaması ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verə bilər. Amma sağlamlığınızın qayğısına qalmalısınız.

ƏQRƏB - 5-6 oktyabr aralığında bəzi qalmaqallı proseslərlə üzləşə bilərsiniz. Cəhdlərinizin boşa çıxması, uğursuz sövdələşmələr, səhhətlə bağlı narahatlıq və s. kimi mənfi fəsadlar da deyilən sıraya daxildir. Bu səbəbdən də həmin ərəfədə daha çox neytrallıq nümayiş etdirməyiniz lazım gələcək. Əvvəlki günlərdə isə qarşılıqlı münasibətlərdə ideal ərəfə yaşayacaqsınız.

OXATAN - Bu həftədə sizə heç bir zərər dəyməyəcək. Əksinə, çoxlarından enerjili və şanslı olacaqsınız. Deməli, gözlədiyiniz xoş məqamların vaxtı yetişəcək. Xüsusən də oktyabrın 10-da və 11-də iştirakçısı olduğunuz bütün proseslər ürəyinizcə olacaq. Həmin günlərdə ürəyinizə yaxın olan şəxslərlə əlaqə saxlayın. Daşınmaz əmlak alqı-satqısından isə uzaq olmağa çalışın.

OĞLAQ - Xırda mübahisələri nəzərə almasaq, bu həftə sizin üçün normal olacaq. Ədalətsiz insanları görəndə, haqsızlığın şahidi olanda üsyankarlıq göstərməyin. Əksinə, Tanrıya pənah aparıb, təmkin nümayiş etdirməklə öz ideyalarınızı tədricən onlara təlqin etməyə çalışın. Bədbinliyə qapılmağa əsas yoxdur.

SUTÖKƏN - Oktyabrın 4-ni və 5-ni nəzərə almasaq, həftənin qalan günləri ürəyinizcə olacaq. Amma çalışmalısınız ki, reallığa uyğun hərəkət edəsiniz. Ulduzlar qarğış və söyüşlərdən uzaq olmağı, falçı və cadugər yanına getməməyi məsləhət görür. Çünki indi sizin ruhi saflaşma dövrünüzdür, Tanrıya xoş getməyən addımları atmamalısınız.

BALIQLAR - Təəssüf ki, ixtiyarınızda olan bu aralıqda hansısa ciddi müvəffəqiyyətə nail olacağınız gözlənilmir. Ələlxüsus da oktyabrın 5-də və 6-da xoşagəlməzliklərlə yzləşə bilərsiniz. Yaxşı olar ki, ulduzlara qulaq asıb pul məsələlərini qabartmayasınız. Çünki istəsəniz də, istəməsəniz də bu həftəni kasıblıqla başa vuracaqsınız.
Əvvələ qayıt Aşağa gitmek
http://maraq-mentiq.soglam.net
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

4-11 oktyabr Empty
Yeni mövzuMövzu: Geri: 4-11 oktyabr   4-11 oktyabr I_icon_minitimeÇ.a. 05 Okt. 2010, 22:42

M&M yazıb:

TƏRƏZİ - Ötən həftə ilə müqayisədə oktyabrın bu ərəfəsinin sizə əhəmiyyəti böyük olacaq. Belə ruh yüksəkliyinin yaranması ətrafınızda olanların sizi anlaması ilə əlaqədardır. Çoxsaylı işgüzar görüşlər, perspektivli və yeni əlaqələr istər fəaliyyət zəminində, istərsə də qarşılıqlı münasibətlərdə sizə böyük səmərə verə bilər. Amma sağlamlığınızın qayğısına qalmalısınız.

Evil or Very Mad
Əvvələ qayıt Aşağa gitmek
 
4-11 oktyabr
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
» 11-18 oktyabr
» 18-25 oktyabr

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Forum :: Astroloji Proqnoz-
Keç: