M&M
M&M
M&M
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaLatest imagesAxtarQeydiyyatdan keçinGiriş

 

 Nağıl Dünyam)

Aşağa gitmek 
MüəllifIsmarıc
Fika
Admin
Fika


İsmarıc sayı : 834
Points : 1102
Reputation : 23
Join date : 18/09/10
Age : 34

Nağıl Dünyam) Empty
Yeni mövzuMövzu: Nağıl Dünyam)   Nağıl Dünyam) I_icon_minitimeC.a. 14 Okt. 2010, 20:03

[size=18]Uşaqlığımız və bu gün hər şey necə də fərqli görünür...
Həyat əsaslarını təşkil edən anlayışlar necə də öz məna dəyərlərini dəyişir...

Nağıllar ....
O zaman---Mifik və əlçatmaz...
Bu gün---Adi və uydurma...
Dünya....
O zaman--- Oyuncaqların sayəsində yaradılan...
Bu gün--- “Oyuncaq”ların yoxluğu ilə var olan...
Ailə...
O zaman--- “Evcik-evcik” kimi anladığımız xoşbəxtlik...
Bu gün--- Evliliklərin çoxunun dada bilmədiyi xoşbəxtlik....
Canlılar ....
O zaman--- Dəyişkən olduğunu bilmirdik...
Bu gün--- Ölüm haqqdır deyirik....
Yaxınlarımız....
O zaman---Dünyanın ancaq bu insanların ətrafında dolandığını düşünürdük...
Bu gün--- Dünyanın onları bir-bir bizdən ayırdığına təəssüflənirik...
Həyat...
O zaman--- Limitsiz xəyallar...
Bu gün--- Xəyallara limitlər....
Xəyal...
O zaman--- Reallaşan hədiyyələr....
Bu gün--- Reallıqlara qorxunc zərbələr....
Yalan...
O zaman--- sadəcə “Mən etməmişəm..” deyə qurtulduğumuz...
Bu gün--- sadəcə “Dəhşət!!!Belə də insan olar?!..” düşünərək susduğumuz...
Xəyanət...
O zaman--- Kimlərdənsə eşitdiyimiz amma mənasını dərk edə bilmədiyimiz..
Bu gün---Çoxundan gördüyümüz amma səbəbini qəbul edə bilmədiyimiz...
Və ən çox işlətdiyimiz, müxtəlif təriflər verdiyimiz,izahlarında geniş mübahisələr apardığımız ancaq heç vaxt özümüzə tətbiq etmədiyimiz bir anlayış....
Sevgi...
Uşaqlıqda da, bu gün də yaşamağa həvəs verən, dünyaya mərhəmət yayan, insanlığa məna qatan amma hər zaman azlığından narazı qalıb ehtiyacını duyduğumuz bir hiss....

Bəs siz üçün nəyi mənası dəyişilib ?
Uşaqlıqdan indiyə qədər nələr dəyişilib həyatınızda ?
İtirdiyiniz və ya mənası dəyişilən nələr baş verib?
Əvvələ qayıt Aşağa gitmek
 
Nağıl Dünyam)
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)
 Similar topics
-
»  TragiKomik, Nagıl yaradaq...

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
M&M :: Forum :: Din və Fəlsəfə-
Keç: